Azərbaycan, Bakı, 01 iyun / Trend , müxbir C.Babayeva /
Azərbaycanda ali və orta təhsil bazasından orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmək üçün 114274 abituriyent "Elektron ərizə"sini təsdiq etdirib, bazar ertəsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaydığı məlumatda bildirilib.
Məlumata əsasən, xüsusi qabiliyyət tələb edən ixtisasları seçən 7574 abituriyent Qabiliyyət İmtahan Komissiyalarında qeydiyyatdan keçib. I ixtisas qrupu üzrə 36221, II ixtisas qrupu üzrə 25354, III ixtisas qrupu üzrə 36116, IV ixtisas qrupu üzrə imtahanlarda iştirak etmək üçün 16583 abituriyent "Elektron ərizə" sini təsdiq etdirib.
Qəbul imtahanlarında iştirak etmək arzusunda olan abituriyentlərdən 55884 nəfəri oğlan, 58390 nəfəri isə qızlardır. Onlardan 102211 nəfəri Azərbaycan bölməsinə, 12063 nəfəri isə rus bölməsinə sənəd verib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]