...

Heydər Əliyev Fondu dünya şöhrətli mütəfəkkir Nəsirəddin Tusinin "Əxlaqi-nasir" kitabını latın qrafikası ilə nəşr etdirib

Cəmiyyət Materials 9 İyun 2009 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyun / Trend , müxbir C.Babayeva /

Heydər Əliyev Fondu dünya şöhrətli mütəfəkkir, ensiklopedik alim Nəsirəddin Tusinin "Əxlaqi-nasir" kitabını latın qrafikası ilə yenidən nəşr etdirib.

"Əxlaqi-nasir" kitabında Nəsirəddin Tusinin insan, ailə, cəmiyyət, əxlaq, din, ictimai münasibətlər barədə dolğun təsəvvürləri, etik-fəlsəfi fikirləri yer alıb. Əsərin tərcüməsində müəllifin yazı ruhu mümkün qədər qorunub saxlanılıb, çərşənbə axşamı Trend -a fonddan məlumat verilib.

Nəfis tərtibatla, rəngarəng miniatürlərlə nəşr olunmuş kitab oxuculara Nəsirəddin Tusi dühasını tanımaqla yanaşı, həm də müasir cəmiyyətdə aktuallığını itirməyən mövzulara diqqət çəkmək baxımından müstəsna əhəmiyyət daşıyır.   

Trend -un arayışı: Heydər Əliyev Fondu 2004-cü ildə təsis edilib. Fondun fəaliyyəti Azərbaycanda müxtəlif sahələrin inkişafına istiqamətlənib. Bu məqsədlə mədəniyyət, təhsil, səhiyyə sahələrində layihələr həyata keçirilir.

Fond Azərbaycanın klassik yazıçılarının, tədqiqatçı alimlərinin əsərlərini müxtəlif dillərdə nəşr etdirir, xarici ədəbiyyat nümunələrini Azərbaycan dilinə tərcümə edilərək nəşrinə dəstək verir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti