...

Azərbaycanın "Olimpik" klubunun saytı fəaliyyətə başlayıb

Cəmiyyət Materials 12 İyun 2009 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Premyer-Liqasında oynayan "Olimpik" futbol klubunun saytı (www.olympic-shuvalanpfc.az) fəaliyyətə başlayıb.

Klubun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov cümə günü Trend -a bildirib ki, sayt 3 dildə oxucuların ixtiyarına verilib. Artıq sayt Azərbaycan dilində aktivdir. Sayt yaxın günlərdə ingilis və rus dillərində də aktiv olacaq.

Yusifovun sözlərinə görə, saytda klub haqqında məlumat yer alacaq. Klubda baş verən yeniliklər intensiv olaraq yerləşdiriləcək.

Klub 1996-cı ildə AMMK adı ilə yaranıb. 2005-ci ildən isə "Olimpik" adlanıb. Klub 2007-2008-ci il mövsümündə gümüş medala sahib çıxıb. 2008-2009-cu il mövsümündə isə 6-cı yerlə kifayətlənib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti