...

FİFA referisi aclıq aksiyasına başlayacaq (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 2 İyul 2009 13:42 (UTC +04:00)
FİFA referisi aclıq aksiyasına başlayacaq (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 02 iyul / Trend , müxbir A.Hüseynbala /

FİFA referisi Babək Quliyev Azərbaycanda futbol hakimliyindən uzaqlaşdırıldığına görə aclıq aksiyasına başlayacaq. Bu barədə referinin özü cümə axşamı Trend Xəbərlər Şirkətinin Beynəlxalq Mətbuat Mərkəzində keçirilən brifinqdə bildirib.

"Hakimlikdən qanunsuz uzaqlaşdırıldığıma etiarz olaraq bir həftədən sonra aclıq aksiyasına başlayacam və hüquqlarım bərpa olunana qədər mübarizəmi davam etdirəcəyəm", - Quliyev əlavə edib.

Onun sözlərinə görə, hakimlikdən uzaqlaşdırılmasına səbəb mart ayının əvvəllərində Azərbaycan Premyer Liqasında çıxış edəın "Bakı" ilə "Qarabağ" futbol klubları arasında keçirilən görüşdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun xahişini yerinə yetirməməsi olub.

Quliyev marta hakimlikdən uzaqlaşdırılıb. O artıq bir neçə ildir ki, FİFA referisidir.

"Oyundan əvvəl Məmmədov məni yanına çağırıb dedi ki, Peşəkar Futbol Liqasının rəhbəri Ramin Musayev "Qarabağ"ın qalib gəlməsini istəyir. Mən oyunu qaydalar çərçivəsində idarə edəcəyimi və güclü komandanın qalib gəlməsini istədiyimi bildirdim", - FİFA referisi vurğulayıb.

"Həmin görüşdə Məmmədovun xahişini yerinə yetirməkdən boyun qaçırdığım üçün oyunun hakimliyindən uzaqlaşdırılmağımı istədim. Hakimlər Komitəsinin sədri razılaşmadı, dedi ki, "Qarabağ bizim canımızdır, ona görə Ramin müəllim də "Bakı"ya qalib gəlməsini istəyir. Mən bir daha heç kimə tərəfdaşlıq etməyəcəyimi xatırlatdım", - referi bildirib.

Onun sözlərinə görə, oyunda "Bakı" klubunun 2:0 hesabı ilə qalib gəlməsinə görə həm Məmmədovun, həm də Musayevin qəzəbinə tuş gəlib.

FİFA referisi ona qarşı edilən bu qanunsuzluğun araşdırılması üçün AFFA prezidenti Rövnəq Abdullayevə müraciət edib.

Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Trend -a açıqlamasında ittihamlarla bağlı geniş açıqlama verəcəyini bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti