...

Azərbaycanda tikinti şirkətinin rəhbərinə qarşı dələduzluq etmiş şəxsə hökm oxunub

Cəmiyyət Materials 17 İyul 2009 13:13 (UTC +04:00)
Azərbaycanda tikinti şirkətinin rəhbərinə qarşı dələduzluq etməkdə günahkar bilinən şəxsə hökm oxunub. Trend News-un məlumatına görə, cümə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “GEN” MMC-nin rəhbəri Elbrus Əliyevə qarşı dələduzluq etməkdə təqsirli bilinən İsmayıllı rayon sakini Akif Səfər oğlu Məmmədova 8 il cəza kəsilib.

Azərbaycan, Bakı, 17 iyul / Trend , muxbir H.Bağırov /

Azərbaycanda tikinti şirkətinin rəhbərinə qarşı dələduzluq etməkdə günahkar bilinən şəxsə hökm oxunub.

Trend -un məlumatına görə, cümə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə "GEN" MMC-nin rəhbəri Elbrus Əliyevə qarşı dələduzluq etməkdə təqsirli bilinən İsmayıllı rayon sakini Akif Səfər oğlu Məmmədova 8 il cəza kəsilib.

Məmmədov fermer təsərrüfat yaratmaq adı ilə Əliyevdən 290 min manat alaraq, mınimsəyib.

Məmmədov Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq törədilməsi (178.3.2-ci) maddəsi ilə təqsirləndirilib.

Xəbər lenti

Xəbər lenti