...

"Livan" restoranındakı davada zərərçəkmiş Babək Hüseynov və Vüsal Məmmədovun Azərbaycan KİV-ə müraciəti

Cəmiyyət Materials 20 İyul 2009 13:23 (UTC +04:00)
Hörmətli media işçiləri! Bizi sizə müraciət etməyə iyulun 8-də başımıza gələn hadisə vadar edib.
"Livan" restoranındakı davada zərərçəkmiş Babək Hüseynov və Vüsal Məmmədovun Azərbaycan KİV-ə müraciəti

Hörmətli media işçiləri!

Bizi sizə müraciət etməyə iyulun 8-də başımıza gələn hadisə vadar edib.

Həmin gün biz "Sahil" metrosunun qarşısında görüşüb, Fəvvarələr meydanına getdik. Sonra "Livan" restoranına gəlib, yemək sifariş verdik. Bu zaman zalda qonşu masada 7-8 nəfər əyləşib yemək yeyir, işki içirdi. Bir az sonra həmin adamların uca səslə söyüş söydüklərini eşitdik. Bunadn narahat olub onlara iradımızı bildirdik. Lakin onlar bizim iradımıza məhəl qomadılar. Dedik ki, söyüş söyməyin, biz burda istirahət edirik. Onlardan bir-iki nəfəri "Əcəb edirik, siz bizə ağıl öyrətməyin" dedi. Sonra mübahisə qızışdı. Biz dalaşmaq istəməsək də, onlar bizim üstümüzə cumdular. Biz özümüzü müdafiə edirdik. Onlardan iki nəfər bizə xüsusi qəddarlıqla zərbə vururdu. Nəticədə biz çoxsaylı zədə aldıq. İndiyə kimi xəstəxanada müalicə olunuruq. Dost-tanışdan eşitmişik ki, bir çox qəzetlərin səhifələrində bizə qarşı kampaniya gedir. Guya biz onları döymüşük. Biz özümüz də bəzi qəzetləri oxuduq və əmin olduq ki, bizə böhtan atırlar. Bizi günahkar çıxarmağa çalışırlar. Biz buna öz etirazımızı bildiririk. Onu da hiss edirik ki, elə bil polis idarəsi bu uydurmaların təsiri altına düşüb bizim əleyhimizə iş aparır.  

Ona görə də sizdən xahiş edirik ki, bizim nahaqdan günahkar çıxarılmağımıza imkan verməyin, həqiqəti yazın, əsl həqiqətin üzə çıxmasına kömək edin.

Babək Hüseynov

Vüsal Məmmədov

18 iyul 2009-cu il.

Xəbər lenti

Xəbər lenti