...

Bakı Kitab Evində "Sual" kitabının təqdimat mərasimi keçirilib

Cəmiyyət Materials 23 İyul 2009 20:49 (UTC +04:00)
Nəşr fəaliyyətə yeni başlayan jurnalistlərə, kütləvi informasiya vasitələrində çalışanlara və jurnalistika sahəsi ilə maraqlanan hər kəsə ünvanlanıb.
Bakı Kitab Evində "Sual" kitabının təqdimat mərasimi keçirilib

Azərbaycan, Bakı, 23 iyul / Trend , müxbir H.Vəliyev /

Cümə axşamı Bakı Kitab Evində "Sual" kitabının təqdimat mərasimi keçirilib. Kitabın müəllifi "Azercell" şirkətinin mətbuat katibi Rüfət Abbasovdur.

Nəşr fəaliyyətə yeni başlayan jurnalistlərə, kütləvi informasiya vasitələrində çalışanlara və jurnalistika sahəsi ilə maraqlanan hər kəsə ünvanlanıb.

Kitabda yazarın necə olması və onun üçün hansı prinsiplərin vacibliyi müfəssəl işıqlandırılıb. Müəllif kitabında informasiya verilməsinin keçmiş ittifaq dövründə jurnalistikada mövcud olan köhnə formasını inkar edir və hesab edir ki, vacib faktları almaq üçün reportyor ünsiyyətli, obyektiv və bir növ inadcıl olmalıdır. Abbasovun kitabının əsas mahiyyəti, elə onun jurnalistika fəaliyyətinin məğzi kimi məhz bunlardan ibarətdir.

Abbasov Ali Diplomatiya Kollecinin Beynəlxalq Jurnalistika fakültəsində jurnalistika təhsili alıb və Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib. Eyni zamanda ABŞ Dövlət Departamentinin "Gələcəyin liderləri" beynəlxalq proqramının məzunudur. Dolğun jurnalistika həyatı onu bu maraqlı peşə barədə fikirlərini kitab halında həmkarları ilə bölüşməyə sövq edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti