...

Xaricdəki Azərbaycan diplomatları "donuz qripi"ndən müdafiə olunur - nazir müavini

Cəmiyyət Materials 1 Avqust 2009 12:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 avqust / Trend , müxbir Ü.Sadıxova /

Xaricdəki Azərbaycan diplomatları "donuz qripi" (A/H1N1) virusuna yoluxmaqdan müdafiə olunur.

"Azərbaycan səfirliklərinin əməkdaşları və onların ailə üzvlərində A/H1N1 virusuna yoluxma halı qeydə alınmayıb. Onlar yaşadıqları ölkənin təqdim etdiyi tədbirlərə və imkanlara malikdirlər", - Trend -a şənbə günü xarici işlər nazirinin müavini Vaqif Sadıxov bildirib.

"Azərbaycanda "donuz qripi" kimi tanınan A/H1N1 virusuna iki yoluxma halının aşkar edilməsi Səhiyyə Nazirliyini və qripin yayılmasının qarşısının alınması ilə məşğul olan digər dövlət orqanlarını tədbirlərin səviyyəsini daha da artırmağa vadar edib", - Sadıxov deyib.

Səhiyyə Nazirliyi Azərbaycanda "donuz qripi"nə yoluxma üzrə iki fakt aşkar edib. İyulun 27-də Parisdən qayıdan qadın iyulun 29-da tibb məntəqəsinə müracitə edib. Virusun aşkar edilməsi üzrə keçirilən təhlillərin nəticələri müsbət olub.

"Donuz qripi" (A/H1N1) virusuna yoluxan iki azərbaycanlının vəiyyəti qənaətbəxş kimi qiymətləndirir və onların vəziyyəti qənaətbəxşdir", - Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat-xidmətinin rəhbəri Anar Qədirli bildirmişdi.

"Donuz qripi"nə yoluxanların ümumi sayı 135 ölkədə 100 min nəfəri ötüb. 40 il ərzində ilk dəfə olaraq Ümumdünya Səhiyyə Təşkilatı A/H1N1 virusunun sürətli yayılması ilə əlaqədar olaraq pandemiya təhlükəsinin altıncı maksimal səviyyəsinin tətbiqini elan edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti