...

Azərbaycanın "Gəncə" klubu növbəti qələbəsini qazanıb

Cəmiyyət Materials 10 Avqust 2009 13:16 (UTC +04:00)
Klubun mətbuat xidmətindən bazar ertəsi Trend News-a bildiriblər ki, yoldaşlıq oyununu rəqib meydançasında keçirən Fuad İsmayılovun yetirmələri bu dəfə I divizionun liderlərindən sayilan Mingəçevirin "Energetik" klubunu məğlub edib.
Azərbaycanın "Gəncə" klubu növbəti qələbəsini qazanıb

Azərbaycan, Bakı, 10 avqust  / Trend , muxbir F.Huseynli /

Azərbaycanın futbol üzrə Milli çempionatının I divizionunda növbəti mövsümün başlaması ərəfəsi Gəncənin eyniadlı komandası növbəti yoxlama oyununundan qələbə ilə qayıdıb.

Klubun mətbuat xidmətindən bazar ertəsi Trend -a bildiriblər ki, yoldaşlıq oyununu rəqib meydançasında keçirən Fuad İsmayılovun yetirmələri bu dəfə I divizionun liderlərindən sayilan Mingəçevirin "Energetik" klubunu məğlub edib.

Mingəçevir stadionunda keçirilən oyunun ilk dəqiqələrindən inamlı oyun nümayiş etdirən Gəncə təmsilçisi mingəçevirlilərin qapısından iki top keçirərək 2:1 hesabı ilə qələbə qazanıb. "Gəncə"nin hər iki qoluna İbrahim Hüseynov imza atıb.

"Gəncə" PFK çempionata qədər daha bir neçə yoxlama oyunu keçirəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti