...

Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda Beynəlxalq musiqi festivalı və pianoçular müsabiqəsi keçiriləcək

Cəmiyyət Materials 11 Avqust 2009 14:59 (UTC +04:00)
Heydər Əliyev Fondunun dəstəyi ilə avqustun 13-dən 23-dək Azərbaycanın dilbər guşələrindən biri olan Qəbələdə Beynəlxalq musiqi festivalı və pianoçular müsabiqəsi keçiriləcək.
Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda Beynəlxalq musiqi festivalı və pianoçular müsabiqəsi keçiriləcək

Azərbaycan, Bakı, 11 avqsut / Trend , müxbir C. Babayeva /

Heydər Əliyev Fondunun dəstəyi ilə avqustun 13-dən 23-dək Azərbaycanın dilbər guşələrindən biri olan Qəbələdə Beynəlxalq musiqi festivalı və pianoçular müsabiqəsi keçiriləcək.

Möhtəşəm yaradıcılıq yarışmasında iştirak etmək üçün Azərbaycana dünyanın 15 ölkəsindən məşhur musiqiçilər, eləcə də istedadlı gənc ifaçılar gələcəklər.

Festival günlərində gənc pianoçuların beynəlxalq müsabiqəsi də keçiriləcək. Bundan savayı, məşhur ifaçılar gənc həmkarları üçün master-klass da keçəcəklər.

Təntənəli açılışda İsrailin "Ranaana" simfonik orkestrinin və Azərbaycan Dövlət Xor Kopellasının ifasında Azərbaycan, rus və Avropa bəstəkarlarının əsərləri səsləndiriləcək. Festivalın bir günü mügənni Müslüm Moqamayevin xatirəsinə həsr olunacaq.

Məşhur ifaçılar - klarnetdə Daniel və Aleksandr Qurfinkel, tenor səsli Vyeçeslav Vaykovski, pianoçu Boris Berezovski və drijor Dmitri Yabloçkin festivalın təntənəli bağlanma mərasimində iştirak edəcəklər.

Heydər Əliyev Fondu 2004-cü ildə yaradılıb. Fondun fəaliyyəti Azərbaycanda müxtəlif sahələrin inkişafına yönəlib. Bu məqsədlə mədəniyyət, təhsil və səhiyyə sahələrində layihələr həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti