Azərbaycan, Bakı, 12 avqust / Trend ,müxbir H.Bağırov /
İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr və psixotrop maddələr keçirməyə cəhd göstərən mütəşəkkil dəstənin məhkəməsi başlayıb.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən çərşənbə günü Trend -a verilən məlumata görə, bu gün dəstə üzvləri Elşən Gəncəliyev, Ramil Fətiyev, Elşən Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Gəncəliyev İrandan əldə etdiyi 415 qram heroini, 1000 qram tiryəki və 935,55 qram həşiş qətranını satış məqsədilə bu ilin fevralın 28-də qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Dəstənin digər üzvləri isə Gəncəliyevi sərhəddə qarşılayarkən yaxalanıblar.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə (318.1, 318.2), qaçaqmalçılıq (206.2), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.4.1,234.2.3) maddələri ilə ittiham olunurlar.
Məhkəmə baxışı avqustun 18-nə təyin edilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]
İrandan Azərbaycana narkotik vasitələr gətirən dəstə üzvlərinin məhkəməsi başlayıb
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən çərşənbə günü Trend News-a verilən məlumata görə, bu gün dəstə üzvləri Elşən Gəncəliyev, Ramil Fətiyev, Elşən Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.