Azərbaycan, Bakı, 18 avqust / Trend , müxbir F.Huseynli /
Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində avqustun 20-də keçiriləcək "Tvente" (Hollandiya) - "Qarabağ" qarşılaşmasını idarə edəcək hakimlər müəyyənləşib. Trend -un məlumatına görə, oyunu İngiltərədən olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Andre Marriner, baş hakimin köməkçiləri Darren Kann, Endryu Neubold, dördüncü hakim isə Kevin Frenddir.
Hakim-inspektor isə Lüksemburqdan olan Jan Lemmer və UEFA nümayəndəsi İslandıyadan Qudmundur Peturssondur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]