...

İsveçrənin "Bazel" klubunun baş məşqçisi komandasının "Bakı" ilə oyundan qalib ayrılacağına ümid edir

Cəmiyyət Materials 19 Avqust 2009 19:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust / Trend , muxbir F.Hüseynli /

İsveçrənin "Bazel" klubunun baş məşqçisi Avroliqanın pley-off mərhələsinin birinci qarşılaşmasında komandasının qələbə qazanacağına ümidlidir.

"Rəqibə hörmət edirik. Amma eyni zamanda, öz oyunçularımıza da inanıram. Məğlubiyyət haqqında düşünmürük. Qələbə və ya heç-heçəyə ümid edirik", - Trend -un məlumatına görə, bu barədə çərşənbə günü Bakıda keçirdiyi mətbuat konfransında "Bazel" klubunun baş məşqçisi Torsten Fink deyib.

Sabah Avroliqanın pley-off mərhələsində Azərbaycanın "Bakı" klubu İsveçrənin "Bazel" klubunu qəbul edəcək. Oyun Bakı vaxtı ilə 20:00-da başlayacaq.

"Püşkatmadan sonra ilk işim xəritədə Bakını tapmaq oldu. Bizi burada səmimi qarşıladılar. Cavab oyununda biz də "Bakı"nı eyni isti münasibətlə qəbul edəcəyik", - baş məşqçi əlavə edib.

Fink "Bakı"nı yaxşı tanıdıqlarını da deyib.

"Bu komanda futbol oynamağı bacarır, topu qabağa vurmaqla kifayətlənmir. Rəqibin oyunlarının videotəhlilini aparmışıq. "Bakı"da xüsusilə yarımmüdafiənin mərkəzini fərqləndirərdim", - baş məşqçi vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti