Azərbaycan, Bakı, 24 avqust / Trend , müxbir Ü.Sadıxova /
Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olmasına ABŞ-ın dəstəyi, iki ölkə arasındakı münasibətlərin son illərdə inkişafını nəzərə almaqla, Vaşinqtonun starteji maraqlarına cavab verir. Bu barədə bazar ertəsi Strateji Araşdırmalar Mərkəzində jurnalistlərə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə sabiq məsləhətçisi Mark Qrossman deyib.
"ABŞ Türkiyənin Aİ-yə üzvlüyünü dəstəkləyir. Necə olsa da bu, strateji cəhətdən əlverişlidir. Lakin qərarı Aİ qəbul etməlidir", - o deyib.
Türkiyənin Aİ-yə daxil olmasına dair danışıqlar 2005-ci ildə başlayıb. Lakin ekspertlərin proqnozuna əsasən, Ankara buna 10-15 il ərzində nail ola biləcək.
Aİ-nin Türkiyədən əsas tələbi danışıqlar prosesində nəzərdə tutulmuş demokratik islahatları sürətləndirməkdir. Ankara buna tam razılıqla cavab verib.
Vaşinqtonla Ankara arasında münasibətlər, xüsusilə, 2003-cü ildə İraqda ABŞ-ın hərbi əməliyyatlara başlamasından sonra bir sıra səbəblərə görə yaxşılaşıb. Bunlardan ən başlıcası isə İraqın şimalında Kürd Fəhlə Partiyasının (KFP) terrorçu qruplaşmalarına qarşı mübarizədə ABŞ-ın Türkiyəyə köməyidir. 90-cı illərdə ABŞ-ın Türkiyədə səfiri olmuş Qrossman belə hesab edir.
İraqın şimalında KFP-nin əsas bazası yerləşir. KFP ölkənin şərqində müstəqil kürd dövlətinin yaradılması üçün Türkiyə hökumətinə qarşı mübarizə aparır.
"Enerji təhlükəsizliyi problemi ABŞ və Anakara arasında əməkdaşlığın yeni sferasıdır", - Qrossman hesab edir. O əlavə edib ki, "Nabukko" qaz kəməri barədə iyulda Ankarada imzalanmış müqavilə gələcək əməkdaşlıqda böyük rol oynayır.
"Türkiyə sübut etdi ki, Yaxın Şərqdə sülh prosesində vasitəçi rolunu oynaya bilər, - Qrossman deyib. - Mənə elə gəlir ki, Ankara insanların eyni vaxtda dünyəvi və dini ola bildiyi unikal yerdir".
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]