...

Azərbaycanın iki naziri Ermənistana gedəcək

Cəmiyyət Materials 28 Avqust 2009 13:54 (UTC +04:00)
Azərbaycan cüdoçularının sentyabrın 9-14-də Ermənistanda keçiriləcək gənclər arasında Avropa çempionatında iştirak etmək üçün bu ölkəyə səfəri zamanı təşkilati məsələlərin müzakirəsi üçün gənclər və idman naziri Azad Rəhimov yarışdan öncə Ermənistana gedəcək, bu barədə Trend News-a idarədən bildirilib.
Azərbaycanın iki naziri Ermənistana gedəcək

Azərbaycan, Bakı, 28 avqust / Trend , müxbir V.Javoronkova /

Azərbaycan cüdoçularının sentyabrın 9-14-də Ermənistanda keçiriləcək gənclər arasında Avropa çempionatında iştirak etmək üçün bu ölkəyə səfəri zamanı təşkilati məsələlərin müzakirəsi üçün gənclər və idman naziri Azad Rəhimov yarışdan öncə Ermənistana gedəcək, bu barədə Trend -a idarədən bildirilib.

Səfər zamanı Azərbbaycan idmançılarının Ermənistanda təhlükəsizliyinin təmin edilməsini nəzərdə tutan müqavilənin imzalanması gözlənilir.

"Bizi narahat edən əsas məsələ Yerevanda idmançılarımızın təhlükəsizliyinin təmin olunması ilə bağlıdır. Əgər qərar qəbul edilərsə, təhülkəsizlik tədbirləri ilə tanış olmaq üçün nazirlikdən Yerevana ya mən, ya da müavinim gedəcək ", - əvvəl jurnalistlərə Azərbaycanın gənclər və idman naziri bildirib.

Rəhimovun sözlərinə əsasən, Azərbaycan cüdoçularının Avropa çempionatında iştirakı məsələsi ilə əlaqədar iclas keçiriləcək.

Yerevana Rəhimov ilə yanaşı, Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov da gedəcək.

Müqavilənin imzalanması Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Avropa Cüdo Federasiyası, Avropa Cüdo Komitəsi, Avropa Olimpiya Komitəsi və Ermənistanın müvafiq orqanları arasında olacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti