...

Azərbaycanın "Neftçi" klubunun qapıçısı İran komandasının şərəfini qoruyacaq

Cəmiyyət Materials 7 Sentyabr 2009 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 sentyabr / Trend , müxbir T.Cəfərov /

Azərbaycanın "Neftçi" futbol klubunun qapıçısı Təbrizin "Poladgöstər" komandasında oynayacaq.

"Neftçi"nin qapıçısı Ruslan Məcidov  Təbrizin "Poladgöstər" futbol klubu ilə birillik müqavilə imzalayıb", - Trend -un məlumatına görə, bu barədə İran klubunun direktoru Cəmşid Xətibi bildirib. Məlumatı İSNA xəbər agentliyi yayıb.

Xətibi əlavə edib ki, Məcidov "Poladgöstər" komandasının məşqlərində iştirak edib və baxışda özünü yaxşı göstərib. "Məcidovla müqavilə imzalamaqla komandanın tərkibini təkmilləşdirmişik. İndiyədək 21 oyunçu ilə müqavilə imzalamışıq", - Xətibi bildirib.

"Poladgöstər" İranda birinci dəstədə oynayır. "Neftçi" Azərbaycan Premyer-Liqasının flaqmanı sayılır və hazırda ölkə çempionatında birinci yerdədir.

Məcidov 2007-ci ildə "Neftçi"nin şərəfini qoruyub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti