...

Azərbaycan cüdoçusu Ermənistanda keçirilən Avropa Çempionatında yarımfinala çıxa bilmədi

Cəmiyyət Materials 12 Sentyabr 2009 13:11 (UTC +04:00)
Ermənistanda keçirilən gənclər arasında cüdo üzrə Avropa Çempionatının ikinci günündə tatamiyə Azərbaycan yığmasının üzvlərindən biri çıxıb.
Azərbaycan cüdoçusu Ermənistanda keçirilən Avropa Çempionatında yarımfinala çıxa bilmədi

Azərbaycan, Bakı, 12 sentyabr / Trend , müxbir F.Hüseynli /

Ermənistanda keçirilən gənclər arasında cüdo üzrə Avropa Çempionatının ikinci günündə tatamiyə Azərbaycan yığmasının üzvlərindən biri çıxıb.

Azərbaycan cüdoçusu Ramin Qurbanov (81 kq) 1/8 final mərhələsində mübarizə başlayıb və britaniyalı idmançı Qreyq Stüart üzərində qələbə qazanıb. 1/4 finalda isə azərbaycanlı cüdoçu gürcü idmançısı Avtandil Srikişviliyə məğlub olub, lakin onun hələ AÇ-də medal qazanmaq şansı var.

Cüdo üzrə AÇ-də Azərbaycanı cəmi beş idmançı təmsil edir. Onlardan üçü turnirin ilk günündə medal qazanıb: İlqar Müşkiyev (55 kq) - gümüş medal, Rasim Əsədullayev (60 kq) və Fəqan Eminoğlu - bürünc medal. Sonuncu çıxış edəcək Azərbaycan cüdoçusu Elmar Qasımovdur (100 kq).

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti