...

Azərbaycan Silahlı Qüvvələrinin dövlətə xəyanətdə ittiham olunan əsgərlərinə hökm oxunub

Cəmiyyət Materials 17 Sentyabr 2009 17:05 (UTC +04:00)
Trend News-un məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə cümə axşamı Azərbaycan Ordusunun əsgərləri Elçin Məmmədov, Orxan İsmayılov, Şamo Daşdəmirov və Mürşüd Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Azərbaycan Silahlı Qüvvələrinin dövlətə xəyanətdə ittiham olunan əsgərlərinə hökm oxunub

Azərbaycan, Bakı, 17sentyabr / Trend , müxbir H.Bağırov /

Azərbaycan Silahlı Qüvvələrinin dövlətə xəyanətdə ittiham olunan bir qrup hərbi qulluqçusuna hökm oxunub.

Trend -un məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə cümə axşamı Azərbaycan Ordusunun əsgərləri Elçin Məmmədov, Orxan İsmayılov, Şamo Daşdəmirov və Mürşüd Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə Mürşüd Bağırov 14 il, Şamo Daşdəmirov 10 il 6 ay, Elçin Məmmədov 12 il, Orxan İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

Müdafiə Nazirliyinin Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsinin əsgərləri Elçin Məmmədov, Orxan İsmayılov, Şamo Daşdəmirov və Mürşüd Bağırov döyüş postunu özbaşına tərk edərək düşmən tərəfinin hərbçiləri ilə görüşüblər. Bu görüşlər zamanı əsgərlər hərbi sirr barədə erməniləri məlumatlandırıblar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 338.1-ci (Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması üzrə, yaxud onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını pozma, bu əməllər dövlətin təhlükəsizlik mənafelərinə zərər vura bilərdisə) maddələri ilə ittiham olunublar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti