...

Azərbaycanın əksər çaylarında sululuq artıb - nazirlik

Cəmiyyət Materials 28 Sentyabr 2009 15:07 (UTC +04:00)
Azərbaycanda son günlər yağan leysan yağışlar nəticəsində ölkənin əksər çaylarında sululuq artıb.
Azərbaycanın əksər çaylarında sululuq artıb - nazirlik

Azərbaycan, Bakı, 28 sentyabr / Trend , müxbir C.Babayeva /

Azərbaycanda son günlər yağan leysan yağışlar nəticəsində ölkənin əksər çaylarında sululuq artıb.

"Sentyabrın ayının 27-də gün ərzində, 27-dən 28-nə keçən gecə və səhərədək yağan leysan yağışlar nəticəsində Lənkəran-Astara bölgəsinin ərazisindən axan Vəşəruçayın Daşdatük məntəqəsində suyun səviyyəsi 61, Viləşçayın Şıxlar məntəqəsində 56, Lənkərançayın Lənkəran məntəqəsində 80, Sifidor məntəqəsində isə 43 sm qalxıb", - bazar ertəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

Məlumata əsasən, Böyük Qafqazın Balakən-Şəki-Oğuz-Qəbələ bölgələrinin ərazisindən axan Mazımçay, Balakənçay, Talaçay, Katexçay, Qaraçay, Kürmüçay, Hamamçay, Başdaşağılçay, Şinçay, Kişçay, Əyriçay, Küngütçay, Zəyzitçay, Dəhnəçay, Əlicançay, Bumçay, Tikanlıçay, Dəmiraparançay və Türyançaydan qısamüddətli daşqınlar keçib.

Azərbaycanın çay şəbəkəsi 8350-dən çox çaydan ibarətdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti