...

Azərbaycan Rusiyadan televiziya kanallarının retranslyasiyası ilə bağlı təkliflərinə cavab gözləyir

Cəmiyyət Materials 30 Sentyabr 2009 18:32 (UTC +04:00)
"Azərbaycan dövlət televiziyasının Moskvada yayımlanması təqdirdə Rusiyanın ORT və ya RTR kanalının Bakı və digər şəhərlərdə yayımına şərait yarada bilər. O vaxtdan indiyə qədər Rusiyadan nə "yox", nə də "hə" cavabı alınmayıb", - Trend News-un məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələləri şöbəsinin müdiri Əli Həsənov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə "Regionda geosiyasi və geoiqtisadi hadisələrin gedişində Əsrin müqaviləsinin imzalanmasının rolu" mövzusunda keçirilən görüşdə bildirib.
Azərbaycan Rusiyadan televiziya kanallarının retranslyasiyası ilə bağlı təkliflərinə cavab gözləyir

Azərbaycan, Bakı, 30 sentyabr / Trend , müxbir C.Babayeva/

Azərbaycan Rusiyadan televiziya kanallarının retranslyasiyası ilə bağlı təkliflərinə cavab gözləyir.

"Azərbaycan dövlət televiziyasının Moskvada yayımlanması təqdirdə Rusiyanın ORT və ya RTR kanalının Bakı və digər şəhərlərdə yayımına şərait yarada bilər. O vaxtdan indiyə qədər Rusiyadan nə "yox", nə də "hə" cavabı alınmayıb", - Trend -un məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələləri şöbəsinin müdiri Əli Həsənov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə "Regionda geosiyasi və geoiqtisadi hadisələrin gedişində Əsrin müqaviləsinin imzalanmasının rolu" mövzusunda keçirilən görüşdə bildirib.

Trend -un arayışı: 2008-ci il yanvarın 1-dən Rusiyanın RTR-Planeta telekanalının Azərbaycan ərazisində yayımı dayandırılıb. 2007-ci ilin yayında başlayan danışıqlara rəğmən tərəflər razılaşma əldə edə bilməyiblər. Nəticədə Milli Televiziya və Radio Şurası kanalın yayımının dayandırılması ilə bağlı qərar qəbul edib.

2007-ci il dekabrın 13-də Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının iclasında tərəflər kanalların qarşılıqlı yayımının təşkili ilə bağlı mexanizmin müəyyənləşdirilməsinə dair razılaşma əldə ediblər. Plana əsasən RTR-Planeta kanalının Azərbaycan ərazisində, AzTV-nin isə Rusiya ərazində yayımını nəzərdə tutan saziş hazırlanırdı.

Rusiya tərəfi telekanalların qarşılıqlı yayımı ilə bağlı dövlətlərarası müqavilənin bağlanmasına hazır olduğunu bəyan edib. Lakin eyni zamanda, Rusiya texniki müqavilənin imzalanmasına hazır olmadığını da diqqətə çatdırıb və Azərbaycan telekanalından müvafiq lisenziya tələb edib. Rusiya qanunvericiliyinə əsasən, ölkə ərazisində yayımlanan kanalın rəhbərliyi tərəfindən yatırılan investisiyaların 50 faizi Rusiya kapitalına aid olmalıdır.

Azərbaycan ilkin mərhələdə AzTv-nin Moskva, Sankt-Peterburq, Dərbənd, Mahaçqala, Samara, Kazan, Krasnodar, Perm, Həştərxan, Volqoqrad və Rostov-na-Donu kimi şəhərlərdə yayımının təşkil edilməsini təklif edib.

Rusiya və Azərbaycan arasında dövlət kanallarının qarşılıqlı yayımı ilə bağlı danışıqlar 2007-ci ilin iyununda başlayıb.

Həsənovun sözlərinə görə, Azərbaycanda vətəndaşların Rusiya kanallarına olan ehtiyacını ödəmək üçün həmin kanalların kabel sistemi vasitəsilə yayımı üçün hər cür şərait yaradılıb. "Dövlət kabel sisteminin ucuzlaşması istiqamətində mühüm addımlar atıb və bu işlər davam etməkdədir", - şöbə müdiri deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti