...

Azərbaycanın "Neftçi" klubunda daha 3 istefa

Cəmiyyət Materials 3 Oktyabr 2009 20:37 (UTC +04:00)
Baş məşqçi Böyük Ağayev və vitse-prezident İlqar Quluzadənin komandadan qovulmasından sonra daha 3 nəfər "Neftçi" klubunu tərk edib. Apasport.az saytının xəbərinə görə məşqçi İqor Getman və komandanın fizioterapevti Rəhim Məhərrəmov islatahatların qurbanı olub. Bundan əlavə klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Səfiyarlı da komandadan ayrılıb.
Azərbaycanın "Neftçi" klubunda daha 3 istefa

Baş məşqçi Böyük Ağayev və vitse-prezident İlqar Quluzadənin komandadan qovulmasından sonra daha 3 nəfər "Neftçi" klubunu tərk edib. Neftci.az saytının xəbərinə görə məşqçi İqor Getman və komandanın fizioterapevti Rəhim Məhərrəmov islatahatların qurbanı olub. Bundan əlavə klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Səfiyarlı da komandadan ayrılıb.

Azərbaycandakı futbolçu karyerası ərzində "Neftçi"yə sadiq olan və əvvəlki rəhbərliklər tərəfindən layiqli qiymətini alan Getman da haqsızlıqla üzləşib. Səfiyarlı da 2004-cü ildən klubun mətbuat xidmətinə rəhbərlik edir ve 2008-ci ildə nəşr olunan "Neftçi-70, unudulmayan keçmiş" kitabının müəllifidir.

Xəbər lenti

Xəbər lenti