...

Azərbaycanın gənclər və idman naziri dama idman növü üzrə Dünya çempionatında uğurla iştirak etmiş idmançılarla görüşüb

Cəmiyyət Materials 7 Oktyabr 2009 18:54 (UTC +04:00)
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov çərşənbə günü dama idman növü üzrə Dünya çempionatında uğurla iştirak etmiş idmançılarla görüşüb.
Azərbaycanın gənclər və idman naziri dama idman növü üzrə Dünya çempionatında uğurla iştirak etmiş idmançılarla görüşüb

Azərbaycan, Bakı, 07 oktyabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov çərşənbə günü dama idman növü üzrə Dünya çempionatında uğurla iştirak etmiş idmançılarla görüşüb.

İdman sahəsində həm olimpiya, həm də qeyri olimpiya idman növündə qazanılan medalların ilbəil artmasının qürurverici hal olduğunu qeyd edən nazir, GİN tərəfindən tikilərək istifadəyə verilmiş 5 olimpiya idman kompleksində (OİK) və istifadəyə veriləcək digər 5 OİK-də də dama idman növünün inkişaf etdirilməsi üçün otaqların olduğunu və federasiya rəhbərliyinə bundan yararlanmağı məsləhət görüb. Məlumatı Gənclər və İdman Nazirliyi (GİN) bildirib.

Polşanın Mlava şəhərində keçirilmiş Dünya birincilyində 10, 13, 16 və 19 yaş qruplarında çıxış edən Famil Kamilli, Zeynal Rəşidli, Ramil Salahov və Aslan Aslanlı komanda hesabında 1-ci yer tutublar. Şəxsi hesabda Famil Kamilli 3 qat (klassik dama, blits və sürətli dama) Dünya çempionu adını qazanıb.

Görüşdə həmçinin Azərbaycan Dama Federasiyasının prezidenti Vaqif Mustafayev, vitse-prezident Tağı Əhmədov və digər nümayəndələr iştirak ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti