...

Azərbaycanın ədliyyə orqanlarında qulluğa qəbul olunmuş hüquqşünaslar təlim keçirlər

Cəmiyyət Materials 16 Oktyabr 2009 15:32 (UTC +04:00)
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend News-a verilən məlumata görə, bu münasibətlə Ədliyyə Akademiyasında keçirilən tədbirdə ədliyyə nazirinin müavini Toğrul Musayev iştirak edib.
Azərbaycanın ədliyyə orqanlarında qulluğa qəbul olunmuş hüquqşünaslar təlim keçirlər

Azərbaycan, Bakı, 16 oktyabr / Trend , muxbir K.Zərbalıyeva/

Ədliyyə orqanlarında qulluğa qəbul olunmuş 49 nəfərin icbari təliminə başlanılıb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend -a verilən məlumata görə, bu münasibətlə Ədliyyə Akademiyasında keçirilən tədbirdə ədliyyə nazirinin müavini Toğrul Musayev iştirak edib.

Nazir müavini bildirib ki, son illər ədliyyə orqanlarına müsabiqə yolu ilə 200 nəfərə yaxın gənc hüquqşünas qəbul edilib.

Təlim ədliyyə orqanlarına qulluğa qəbulla bağlı builki müsabiqədə müvəffəqiyyət qazanmış 49 namizədin qanunvericiliyin tələblərinə müvafiq olaraq peşə fəaliyyətinə buraxılması məqsədilə keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti