...

Astanada kardioloqların I Avrasiya Konqresi işə başlayıb

Cəmiyyət Materials 20 Oktyabr 2009 17:15 (UTC +04:00)
Bu gün Astanada kardioloqların I Avrasiya Konqresi işə başlayıb. Konqresdə Keçmiş Sovet İttifaqı ölkələrindən, o cümlədən Azərbaycan, Rusiya, Özbəkistan, Moldova və Gürcüstandan olan 600-ə yaxın nümayəndə heyəti iştirak edir.
Astanada kardioloqların I Avrasiya Konqresi işə başlayıb

Qazaxıstan, Astana, 20 oktyabr / Trend , müxbir K.Konırova/

Bu gün Astanada kardioloqların I Avrasiya Konqresi işə başlayıb. Konqresdə Keçmiş Sovet İttifaqı ölkələrindən, o cümlədən Azərbaycan, Rusiya, Özbəkistan, Moldova və Gürcüstandan olan 600-ə yaxın nümayəndə heyəti iştirak edir.

"Qazaxıstanda hər il 80 min insan ürək-damar xəstəliklərindən vəfat edir", - Milli Elmi-Tibbi Mərkəzin direktoru Abay Bayqenjin bu gün Astanada təşkil edilən mətbuat konfransında deyib.

"Bu, ölkədə olan ümumi ölüm sayının 54 faizini təşkil edir", - o deyib. Bayqenjinin sözlərinə görə, bu gün ürəkdə aparılan əməliyyatlara tələbat var. Qızılordu, Jambıl və Atırau və Manqişlaq vilayətləri istisna olmaqla, bütün Qazaxıstan üzrə kardioloji şöbələr açılıb.

Xəbər lenti

Xəbər lenti