Azərbaycan, Bakı, 21 oktyabr / Trend , müxbir F.Hüseynli/
Zaqatalanın "Simurq" klubunun rəhbərliyi komandanın qapıçısı Rauf Mehdiyevlə yollarını ayırıb.
Trend -un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu qərar futbolçunun davranışlarına əsasən çıxarılıb. "Simurq"un prezidenti Zaur Məmmədov açıqlamasında Mehdiyevdən narazılığını gizlətməyib.
"Rauf Mehdiyev "Simurq"da oynamaq istəmirdi, məşqlərə qeyri-ciddi yanaşırdı. Ümumiyyətlə, onun davranışı, komandaya və oyunlara münasibəti "Simurq"un konsepsiyasına, ənənələrinə və məqsədlərinə uyğun gəlmirdi. Məhz bütün bunları nəzərə alaraq, klub rəhbərliyi Mehdiyevin komandadan uzaqlaşdırılmasına qərar verdi", - deyə Məmmədov vurğulayıb.
Yığmamızın da şərəfini qoruyan 33 yaşlı qapıçı bu ilin yayında "Olimpik-Şüvəlan"dan "Simurq"a keçib. Amma o, Unibank Premyer Liqasının cari mövsümündə Zaqatala təmsilçisinin heyətində debüt edə bilməyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]