Azərbaycan, Bakı, 24 oktyabr / Trend , müxbir M.Əliyev/
Azərbaycanın Təhsil Nazirliyi ümumtəhsil məktəbləri müəllimlərinin ixtisasının artırılması üzrə yeni modelin tətbiqini planlaşdırır. Azərbaycanın təhsil naziri Misir Mərdanovun bildirdiyi kimi, yeni xarici təcrübəyə əsaslanan model müəllimlərin öz işində innovasiya, müasir tədris startegiyalarını tətbiq etməsi üçün onların inkişafının stimullaşdırılmasını nəzərdə tutur.
Nazir bildirib ki, müəllimlərin ixtisaslarının artırılmasına nəzarət gücləndirilməlidir və bu sahədə konkret mühit yaradılmalıdır.
"Azərbaycanın bəzi rayonlarında ixtisasartırma üzrə elmi-pedaqoji potensial yoxdur, bura Şamaxı, Salyan, Cəlilabad və Zaqatala rayonları aiddir", - nazir bildirib.
Onun sözlərinə görə, Azərbaycanda 200 min kadrın ixtisasının artırılmasına ehtiyac var. Ümumilikdə, müəllimlərin ixtisasının artırılması ilə məşğul olan 18 müəssisə mövcuddur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]