...

Məşhur alim Lütfi Zadə Azərbaycana öz xidmətlərini təklif edir

Cəmiyyət Materials 26 Oktyabr 2009 13:05 (UTC +04:00)
ABŞ-ın Berkli Universitetinin məşhur azərbaycanlı alimi Lütfi Zadə Azərbaycanla daha sıx əməkdaşlıq etmək niyyətindədir.
Məşhur alim Lütfi Zadə Azərbaycana öz xidmətlərini təklif edir

ABŞ, Vaşinqton, 26 оktyabr /müxbir Trend N.Boqdanova/

ABŞ-ın Berkli Universitetinin məşhur azərbaycanlı alimi Lütfi Zadə Azərbaycanla daha sıx əməkdaşlıq etmək niyyətindədir.

"Mən Azərbaycanda yüksək texnologiyaların inkişafı üçün potensial görürəm. Belə ki, bu ölkə regionda lider ola bilib. Azərbaycan artıq yalnız neft ölkəsi deyil, burada texnologiyanın inkişafı üçün də böyük imkanlar var", - Lütfi Zadə Trend -a müsahibəsində deyib.

Onun sözlərinə görə, elmin inkişafı ilə yanaşı, sənaye də inkişaf etdirilməlidir. "Mən hesab edirəm ki, hazırda Azərbaycanda məhz bu baş verir və mən bu sahədə mümkün olan bütün köməkliyi göstərməyə hazıram", - Lütfi Zadə deyib.

O deyib ki, Prezident İlham Əliyev və Azərbaycanın digər məşhur şəxləri ilə görüşüb və bu insanların həyat standartlarının yaxşılaşdırılması, texnologiyaların inkişafı, təhsil və başqa sahələrdə ölkə üçün necə işlər gördüklərini bilir. Lütfi Zadə hesab edir ki, Azərbaycanın regionun mərkəzi, texnologiyanın mərkəzi olması üçün hökumət çox şey edib. "Azərbaycan qabağa gedir. Mən hesab edirəm ki, bu tendensiya davam etməlidir və bunun üçün daha çox təşəbbüs lazımdır", - alim deyib.

Xəbər lenti

Xəbər lenti