...

Musəvi və Kərrubinin əleyhinə şikayət daxil olmayıb - Tehranın baş prokuroru

Cəmiyyət Materials 26 Oktyabr 2009 15:49 (UTC +04:00)
Tehranın baş prokuroru bildirib ki, prokurorluğa prezidentliyə sabiq namizədlər Mehdi Kərrubi və Mir Hüseyn Musəvinin əleyhinə hər hansı bir şikayət daxil olmayıb.
Musəvi və Kərrubinin əleyhinə şikayət daxil olmayıb - Tehranın baş prokuroru

Tehranın baş prokuroru bildirib ki, prokurorluğa prezidentliyə sabiq namizədlər Mehdi Kərrubi və Mir Hüseyn Musəvinin əleyhinə hər hansı bir şikayət daxil olmayıb.

Baş prokuror Abbas Cəfəri Dövlətabadi bildirib ki, Kərrubi və Musəvi əleyhinə nə parlament nümayəndələri, nə də universitet müəllimləri tərəfindən Baş Prokurorluğa şikayət daxil omayıb. Məlumatı bazar ertəsi İLNA  informasiya agentliyi yayıb.

Bundan əvvəl, İranın Fars agentliyi 100 parlament nümayəndəsinin Kərrubi və Musəvi əleyhinə şikayət etdiklərini bildirmişdi. Fars agentliyinə bu barədə Prezident Mahmud Əhmədinejadın tərəfdarı olan deputat Həmid Rəsayi xəbər vermişdi.

İyunun 12-də keçirilən prezident seçkilərinin nəticəsinə milyonlarla iranlı etiraz edib. Etirazlar hakimiyyətin sərt reaksiyası ilə üzləşib. 1000-dən artıq həbs və 31 nəfərin ölümü ilə nəticələnən aksiyalar səngisə də, etirazlar davam edir.

Kərrubi və Musəvi seçkilərdə geniş saxtakarlığı vurğulayaraq, Əhmədinejad hakimiyyətinin qeyri-legitim olduğunu iddia edirlər.

Xəbər lenti

Xəbər lenti