...

Ənənəvi dinlərin nümayəndələri ilə dialoq məhsuldar səviyyədə aparılmalıdır - Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin sədri

Cəmiyyət Materials 7 Noyabr 2009 11:00 (UTC +04:00)
Azərbaycan tolerant ölkədir və burada sünni və şiələrin bir yerdə yaşamasının şahidi oluruq. Trend News-un məlumatına görə, bu barədə şənbə günü Bakıda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 60 və şeyxülislamlıq fəaliyyətinin 30 illiyinə həsr olunmuş "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusunda Beynəlxalq konfransda Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin sədri Talqat Tacuddin bildirib.
Ənənəvi dinlərin nümayəndələri ilə dialoq məhsuldar səviyyədə aparılmalıdır - Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin sədri

Azərbaycan, Bakı, 07 noyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan tolerant ölkədir və burada sünni və şiələrin bir yerdə yaşamasının şahidi oluruq. Trend -un məlumatına görə, bu barədə şənbə günü Bakıda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 60 və şeyxülislamlıq fəaliyyətinin 30 illiyinə həsr olunmuş "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusunda Beynəlxalq konfransda Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin sədri Talqat Tacuddin bildirib.

"Dinlərarası qarşılıqlı münasibətlər və dialoq haqqında çox danışmışıq. Təəssüf ki, nəinki əməkdaşlığa, heç dialoqa da hazır deyilik. Bizim dialoqumuz ənənəvi dinlərin nümayəndələri ilə məhsuldar səviyyədə aparılmalıdır", - Tacuddin deyib.

Onun fikrincə, ənənəvi dinlərin nümayəndələri ilə dialoq məhsuldar səviyyədə aparılmalıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti