...

Azərbaycan Parlamentinin komitəsində "Diffamasiya haqqında" qanun layihəsinin müzakirələri gələn həftədən başlaya bilər

Cəmiyyət Materials 12 Noyabr 2009 11:01 (UTC +04:00)
“Dövlət büdcəsinin müzakirələri başa çatan kimi komitəyə təqdim olunan qanun layihəsi ilə hərtərəfli tanış olacağam”, - cüqmə axşamı Trend News-a Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib.
Azərbaycan Parlamentinin komitəsində "Diffamasiya haqqında" qanun layihəsinin müzakirələri gələn həftədən başlaya bilər

Azərbaycan, Bakı, 12 noyabr / Trend , muxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin komitəsində "Diffamasiya haqqında" qanun layihəsinin müzakirələri gələn həftədən başlaya bilər.

" Trend -un arayışı: "Diffamasiya haqqında" qanun layihəsinin qəbulu ilə bağlı bu ilin mayında 6 jurnalist təşkilatı - Azərbaycan Jurnalistlər Birliyi, Nəcəf Nəcəfov Fondu, Jurnalistika və İnkişaf Mərkəzi, "Yeni Nəsil" Jurnalistlər Birliyi, Azərbaycan Media Mərkəzi və Demokratik Jurnalistlər Liqası Parlamentə müracitə etmişdi. Sonradan həmin müraciətə 400-ə yaxın KİV nümayəndəsi, jurnalist təşkilatlarının üzvləri də qoşulub. Qanun layihəsi ATƏT-in ekspertizasından keçirilib.

Cəfərovun sözlərinə görə, "Diffamasiya haqqında" qanun layihəsinin qəbulunun vaxtı çatıb. "Amma komitəmizə iki layihə təqdim olunub. Bu layihələrlə bağlı müzakirələr aparıb mükəımməl bir sənəd hazırlamaq olar", - Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov Trend -a bildirib.

Onun fikrincə, bu məsələ ilə bağlı təkcə komitə səviyyəsində aparılan müzakirələrlə kifayətlənmək olmaz. "Məncə, ictimai səviyyədə də daha ətraflı müzakirələrə ehtiyac var. Layihənin parlamentdə qəbulundan sonra burada nəzərdə tutulan müddəaların həyata keçirilməsi mexanizmlərinin müəyyənləşdirilməsi əsas şərtlərdən biridir", - Cəfərov vurğulayıb.

Komitə sədri deyib ki, layihələri yalnız ətraflı müzakirə etməklə mükəmməl səviyyəyə çatdırmaq olar. "Hətta komitənin diffamasiya ilə bağlı üçüncü bir layihə hazırlayacağını da istisna etmirəm", - millət vəkili xatırladıb.

Cəfərov komitədə müzakirələrə layihəni hazırlayan və bu qanunun qəbulunda maraqlı olan beynəlxalq təşkilatların nümayəndələrinin də dəvət olunacağını bildirib.

Azərbaycanda dörd minə yaxın kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KIV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti