...

ABŞ-da Azərbaycan muğamına həsr olunmuş sənədli film nümayiş olunacaq

Cəmiyyət Materials 12 Noyabr 2009 12:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr / Trend /

ABŞ-da Big Easy Film Festivals çərçivəsində noyabrın 14-də Azərbaycan muğamına həsr olunmuş sənədli film  - "Mugham in Montana" nümayiş olunacaq, bu barədə festivalın press-relizində deyilir.

Filmin rejissoru Montana (ABŞ) Universitetinin professoru, Amreikanın məşhur politoloqu və jurnalisti Tomas Qoltsdur.

Film Azərbaycanın "Qədim Şərq" ("Ancient East") kvartetinin musiqi səyahəti barədədir. Səyahət zamanı onlara Amerikanın muğam üzrə məşhur mütəxəssisi Cefri Berbok qoşulur və yekun konsertdə iştirak edir.

Festival çərçivəsində 48 filmin nümayişi gözlənilir.

Xəbər lenti

Xəbər lenti