Azərbaycan, Bakı, 12 noyabr / Trend , müxbir M.Əliyev/
İran İslam Respublikasının İmam Xomeyni adına "İmdad" ("Qurtuluş") komitəsinin Azəbaycandakı fəaliyyəti qaçqınların və əhalinin yoxsul təbəqəsinin əmək məşğulluğunun təmin edilməsinə yönəlib. Bu barədə cümə axşamı komitənin rəhbəri Hüseyn Ənvari jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ötən il 1500 nəfər işlə təmin olunub və 1,5 milyon manat həcmində kredit alıb.
"İmdad" komitəsinin göstərdiyi yardımın ümumi həcmini hesablamaq mümkün deyil, belə ki, söhbət həm də qaçqınlara və əhalinin yoxsul təbəqəsinə göstərilən mənəvi dəstəkdən gedir. Komitə Azərbaycana əhalinin məşğulluğunun təmin edilməsinə dair İran nümunəsini gətirib və Azərbaycan hökumətinin dəstəyi ilə bu işləri ölkənin bütün ərazisində həyata keçirə bilər", - Ənvari deyib.
Komitə rəhbərinin səfəri zamanı qaçqınların işə düzəldilməsi ilə bağlı sərgi təşkil edilib.
"İmdad" komitəsinin nümayəndəliyi Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərir və azərbaycanlı qaçqın və məcburi köçkünlərə, yoxsul ailələrə humanitar yardımlar edir.
Komitənin illik büdcəsi 2,5 - 3 milyon dollar təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]