...

Azərbaycanda icra hakimiyyəti orqanlarının yerli və regional bölmələri üçün təlimlər keçirilir

Cəmiyyət Materials 24 Noyabr 2009 17:03 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən təlimə Bakı və Sumqayıt şəhər, Bakı şəhəri Binəqədi, Yasamal, Nərimanov, Nəsimi, Nizami, Səbail, Xətai, Qaradağ, Əzizbəyov, Sabunçu, Suraxanı rayonları və işğal altında olan Şuşa şəhər, Qubadlı və Zəngilan rayonlarının icra hakimiyyəti orqanlarında və mərkəzi icra hakimiyyəti orqanlarının qeyd olunan inzibati ərazi vahidləri üzrə yerli bölmələrində çalışan rəhbər vəzifəli şəxslər cəlb edilib.

Azərbaycan, Bakı, 24 noyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda yerli icra hakimiyyəti orqanları və mərkəzi icra hakimiyyəti orqanlarının yerli və regional bölmələri üçün təlimlərə başlanılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən təlimə Bakı və Sumqayıt şəhər, Bakı şəhəri Binəqədi, Yasamal, Nərimanov, Nəsimi, Nizami, Səbail, Xətai, Qaradağ, Əzizbəyov, Sabunçu, Suraxanı rayonları və işğal altında olan Şuşa şəhər, Qubadlı və Zəngilan rayonlarının icra hakimiyyəti orqanlarında və mərkəzi icra hakimiyyəti orqanlarının qeyd olunan inzibati ərazi vahidləri üzrə yerli bölmələrində çalışan rəhbər vəzifəli şəxslər cəlb edilib.

Təlimlərdə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları "Dövlət qulluqçularının etik davranış qaydaları", "Müsahibənin keçirilmə qaydaları", "Dövlət qulluqçularının vəzifə təlimatları", "Kadrların idarə edilməsinə müasir yanaşma" mövzularında çıxışlar edəcək və dövlət qulluğu və kadr siyasəti sahəsində bir sıra digər mövzular ətrafında təlim iştirakçıları ilə fikir mübadiləsi aparacaqlar.

Bu təlimlər əvvəllər Gəncə, Tovuz, Şəki, Yevlax, Şamaxı, Quba, Masallı və Salyan şəhərlərində keçirilmiş silsilə təlimlərin davamıdır.

Noyabrın 23-də başlayan təlimlər noyabrın 27-dək davam edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti