...

Azərbaycanın Baş Prokurorluğu qadınlar tərəfindən törədilən cinayətlər arasında narkotiklə bağlı cinayətlərin artığını açıqlayıb

Cəmiyyət Materials 2 Dekabr 2009 14:10 (UTC +04:00)
"Qadınlar tərəfindən törədilən cinayətlər arasında narkotiklə bağlı cinayətlərin sayının artması narahatlıq doğurur. 2008-ci ildə qadınların törətdiyi cinayətlərin sayı 2197, bu ilin 10 ayında 1789 olub", - Trend News-un məlumatına görə, bunu çərşənbə günü Milli Məclisdə "Qadınlara qarşı zorakılığa yox deyək" mövzusunda keçirilən dinləmələrdə Baş prokurorun müavini Namiq Əsgərov deyib.
Azərbaycanın Baş Prokurorluğu qadınlar tərəfindən törədilən cinayətlər arasında narkotiklə bağlı cinayətlərin artığını açıqlayıb

Azərbaycan, Bakı, 2 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın Baş Prokurorluğu ölkədə qadınlar tərəfindən törədilən cinayətlər arasında narkotiklə bağlı cinayətlərin sayının artığını açıqlayıb.

"Qadınlar tərəfindən törədilən cinayətlər arasında narkotiklə bağlı cinayətlərin sayının artması narahatlıq doğurur. 2008-ci ildə qadınların törətdiyi cinayətlərin sayı 2197, bu ilin 10 ayında 1789 olub", - Trend -un məlumatına görə, bunu çərşənbə günü Milli Məclisdə "Qadınlara qarşı zorakılığa yox deyək" mövzusunda keçirilən dinləmələrdə Baş prokurorun müavini Namiq Əsgərov deyib.

Azərbaycan Parlamenti 2008-ci ildə "Məişət zorakılığı haqqında" qanun layihəsini müzakirəyə çıxarsa da, onu yenidən işlənməsi üçün geri qaytarıb.

BMT Baş Assambleyasının 17 dekabr 1999-cu il tarixli qərarı ilə, noyabrın 25-i qadınlara qarşı zorakılığın ləğv edilməsi üzrə beynəlxalq gün kimi qeyd olunur. BMT, ATƏT və Avropa Şurası Azərbaycanda məişət zorakılığının qarşısını almaq üçün xüsusi qanunun qəbulunu vacib sayır.

Əsgərov deyib ki, 2008-ci ildə 14 qadın onlara qarşı cinayətkarlığın nəticəsində dünyasını dəyişib. Bu ilin 10 ayında isə bu rəqəm 16 olub.

2008-ci ildə 18 nəfər qız öz iradəsinə zidd olaraq qaçırılıb. Bu il bu rəqəm 15 olub.

Əsgərov qadınların narkotiklə bağlı cinayətləri barədə əlavə məlumat verməyib.

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə çıxışında deyib ki, ötən il Statistika Komitəsinin keçirdiyi sorğuda iştirak edən respondetlərin 77 faizi bildirib ki, qadın və uşaqlar daha çox zorakılığa məruz qalır. 2008-ci ildə 6352 qadın zorakılığa məruz qalıb, onların 3408-i məişət zorakılığının qurbanıdır.

Onun sözlərinə görə, bu ilin 10 ayında Komitəyə müraciət edən qadınların əksdəriyyəti məişət zorakılığına məruz qaldıqlarını bildiriblər.

"Hesab edirəm ki, məişət zorakılığına qarşı qanunun qəbulu problemin həllinə kömək edəcək. Qanunda məişət zorakılığının hüquq pozuntusu və cinayət kimi qəbul edilməsi nəzərdə tutulub və Cinayət və İnzibati məcəllələrə ayrıca maddə kimi daxil ediləcək" Hüseynova əlavə edib.

Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov çıxışında bildirib ki, bu ilin 10 ayında 400-dən artıq qadın boşsanmaq üçün məhkəmələrə müraciət edib

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti