...

Azərbaycan paytaxtında azyaşlını zorlamaqda təqsirli bilinən şəxsə 4 il iş verilib

Cəmiyyət Materials 7 Dekabr 2009 11:24 (UTC +04:00)
Bu il mayın 9-dan 10-na keçən gecə saat 23.00 radələrində Binəqədi rayonu Sulutəpə qəsəbəsi sakini Adıgözəlov qəsəbənin yeni yaşayış massivindəki çöllükdə 9 yaşlı Samirəyə (ad şərti verilib) qarşı zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri edib.

Azərbaycan, Bakı, 07 dekabr / Trend , muxbir H.Bağırov /

Azərbaycan paytaxtında azyaşlını zorlamaqda təqsirli bilinən şəxsə hökm oxunub.

Trend -un məlumatına görə, bazar ertəsi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 18 yaşlı Kamran Adıgözəlov 4 il azadlıqdan məhrum edilib.

Bu il mayın 9-dan 10-na keçən gecə saat 23.00 radələrində Binəqədi rayonu Sulutəpə qəsəbəsi sakini Adıgözəlov qəsəbənin yeni yaşayış massivindəki çöllükdə 9 yaşlı Samirəyə (ad şərti verilib) qarşı zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri edib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə (150.3.3) maddəsi ilə ittiham olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti