...

Azərbaycan gəncləri Fransada Azərbaycanın əleyhinə filmin nümayişi ilə bağlı etiraz aksiyası keçirəcəklər

Cəmiyyət Materials 9 Dekabr 2009 12:58 (UTC +04:00)
Azərbaycan gəncləri dekabrın 11-də Lionda (Fransa) Euronews kanalının "Winds of change" filminə qarşı etiraz aksiyası keçirəcəklər, "İrəli" İctimai Birliyinin mətbuat xidmətindən Trend News-a məlumat verilib.
Azərbaycan gəncləri Fransada Azərbaycanın əleyhinə filmin nümayişi ilə bağlı etiraz aksiyası keçirəcəklər

Azərbaycan, Bakı, 9 dekabr / Trend , müxbir M. Əliyev/

Azərbaycan gəncləri dekabrın 11-də Lionda (Fransa) Euronews kanalının "Winds of change" filminə qarşı etiraz aksiyası keçirəcəklər, "İrəli" İctimai Birliyinin mətbuat xidmətindən Trend -a məlumat verilib.

Noyabrın 28-də Euronews telekanalında Mikayel Rayxmanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərəzli və birtərəfli mövqedən "Dağılıq Qarbağ - dəyişikliklər küləyi" adlı reportajı yayımlanıb.

Cənubi Qafqaz ölkələri arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddialarına görə yaranıb. Dağlıq Qarabağ və ona bitişik olan 7 rayon - Azərbaycan ərazisinin 20 faizidir - Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ilin mayında tərəflər atəşkəs əldə ediblər və indiyənədək ATƏT-in Minsk Qrupunun himayəsi altındadır və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələki səmərəsiz sülh danışıqları aparılr.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti