...

Azərbaycanda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası MBA və TEMPUS proqramları üzrə imtahan keçirəcək

Cəmiyyət Materials 18 Dekabr 2009 14:12 (UTC +04:00)
Dekabrın 19-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ölkənin ali təhsil müəssisələrində və Azərbaycan Diplomatiya Akademiyasında MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistar dərəcəsinin alınması üzrə imtahanın ilkin mərhələsini keçirəcək, TQDK-nın məlumatında deyilir.
Azərbaycanda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası MBA və TEMPUS proqramları üzrə imtahan keçirəcək

Azərbaycan, Bakı, 18 dekabr / Trend , müxbir U.Sadıqova/

Dekabrın 19-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ölkənin ali təhsil müəssisələrində və Azərbaycan Diplomatiya Akademiyasında MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistar dərəcəsinin alınması üzrə imtahanın ilkin mərhələsini keçirəcək, TQDK-nın məlumatında deyilir.

273 boş yerə 424 ərizə verilib. Ərizələrin 360-ı MBA proqramı üzrə təhsil, 64-ü TEMPUS üzrə və 123-ü Azərbaycan Diplomatiya Akademiyasında magistr dərəcəsinin alınması üzrə daxil olub.

Noyabrın 26-dan dekabrın 4-dək davam edən sənəd qəbulu komissiyaya təqdim olunan elektron anketlərin doldurulması yolu ilə həyata keçirilib.

MBA (Master of Business Administration) - menecmentlik və administrativ idarəetmə sahəsində yüksək bacarıqların əldə olunması üçün qərb ölkələrində təcrübədən keçirilən, biznesin idarə edilməsi sahəsində magistr dərəcəsinin alınması üzrə proqramdır.

TEMPUS (Trans European Mobility Scheme For University Students) proqramı - Avropa İttifaqının Şərqi və Mərkəzi Asiya universitetlərinin avtomexanika, elektrotexnika, inşaat, ətraf mühitin müdafiəsi sahəsində kadrların hazırlığı üzrə layihələrin əsas hissəsidir.

Xəbər lenti

Xəbər lenti