...

Heydər Əliyev Fondu Şamaxı şəhərində Uşaq İncəsənət Məktəbi inşa edir

Cəmiyyət Materials 28 Dekabr 2009 17:50 (UTC +04:00)
Yeni təqvim ili ərəfəsində Şamaxı şəhərində Uşaq İncəsənət Məktəbi üçün yeni binanın təməli qoyulub. Binanın inşasını Heydər Əliyev Fondu həyata keçirəcək. Bu barədə Fonddan Trend News-a məlumat verilib.
Heydər Əliyev Fondu Şamaxı şəhərində Uşaq İncəsənət Məktəbi inşa edir

Azərbaycan, Bakı, 28 dekabr / Trend , müxbir M.Əliyev/

Yeni təqvim ili ərəfəsində Şamaxı şəhərində Uşaq İncəsənət Məktəbi üçün yeni binanın təməli qoyulub. Binanın inşasını Heydər Əliyev Fondu həyata keçirəcək. Bu barədə Fonddan Trend -a məlumat verilib.

Uşaq İncəsənət Məktəbi 1959-cu ildə yaradılan musiqi məktəbi bazasında fəaliyyət göstərib. 1984-cü ildən məskunlaşdığı binada uzun illər əsaslı təmir aparılmadığından tam yarasız vəziyyətə düşüb.

Heydər Əliyev Fondu tədris müəsissəsi üçün tikinti hissəsi 3264 kvadratmetr, ümumi sahəsi 4100 kvadrat metr olan 3 mərtəbəli müasir bina inşa etməyi planlaşdırır. Binada 54 kabinet, eləcə də rəsm, rəqs otaqları, müəllimlər və həkim üçün otaqlar, akt zalı, sərgi salonu, yeməkxana olacaq. Məktəbin həyətində yaşıllaşdrıma və abadlıq işləri aparılacaq.

Heydər Əliyev Fondu Yeni il ərəfəsində Şamaxı sakinlərini daha bir hədiyyə ilə sevindirib. Dağ kəndlərinə işləyən nəqliyyat vasitələrinin yararsız vəziyyəti ilə bağlı rayon əhalisinin müraciətlərinə əsasən, fond şəhər nəqliyyatı üçün 4 ədəd sərnişin avtobusu bağışlayıb.

Abşeron rayonu Saray qəsəbəsindəki əqli qüsuru olan uşaqlar üçün 7 saylı internat evinin nəqliyyat problemi də öz həllini tapıb. Yeni il ərəfəsində Heydər Əliyerv Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində internat evinə "İSUZU Boqdan" markalı 25 yerlik avtobus hədiyyə edilib.

Avtobus bu gün 140 uşağın yaşadığı internat evinin kollektivinə təqdim olunub.

Heydər Əliyev Fondu internat evinə 2 idman trenajoru, iki televizor və 1 kondisioner bağışlayıb. Yeni il süfrəsinə yığışan uşaqlara bayram hədiyyələri təqdim edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti