...

Azərbaycan məhkəməsi bələdiyyə sədrinə bəraət verib

Cəmiyyət Materials 13 Yanvar 2010 15:12 (UTC +04:00)
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinən bələdiyyə sədrinin apelyasiya şikayətinə baxılıb.
Azərbaycan məhkəməsi bələdiyyə sədrinə bəraət verib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 13 yanvar / Trend , müxbir H.Bağırov/

Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinən bələdiyyə sədrinin apelyasiya şikayətinə baxılıb.

Trend -un məlumatına görə, Şirvan Apelyasiya Məhkəməsində Sabirabad rayon Qaralar kənd bələdiyyəsinin sədri, 1948-ci il təvəllüdlü Baladayı Şirin oğlu Məmişovun apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Məmişovun barəsində Sabirabad rayon məhkəməsinin çıxardığı hökm ləğv edilib. Məhkəmə Məmişova bəraət verib.

Sabirabad rayon məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə etmə (308.1) maddəsi ilə ittiham olunan Məmişov 1 il müddətinə islah işləri cəzasına məhkum edilmişdi.

Məmişov bələdiyyə sədri işlədiyi müddətdə kənd sakini Lütviyar Səlim oğlu Nəsirovun icarəsində olan 18 hektar torpaq sahəsinin icarə haqqını vaxtı-vaxtında ödəməsinə baxmayaraq, vəzifəsindən istifadə edərək, onun icarəsinə verilmiş torpağın geri alınması barədə qərar qəbul etməkdə və Nəsirovun qanuni icrasında olan 18 hektar torpaqdan istifadə hüququna dair şəhadətnamənin qüvvəsində olmasına baxmayaraq, həmin torpaq sahəsinin 4 hektarını qanunsuz olaraq Qaralar kənd sakini Kimyə Adıgözəl qızı Talıbovanın icarəsinə verməkdə ittiham olunurdu.

Xəbər lenti

Xəbər lenti