...

Azərbaycanın Konstitusiya Məhkəməsinin sədri Strasburqa gedəcək

Cəmiyyət Materials 15 Yanvar 2010 14:52 (UTC +04:00)
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Avropa İnsan Hüquqları Məhkəməsinin yeni açılış ili ilə bağlı keçiriləcək ənənəvi tədbirdə iştirak etmək məqsədilə 27-30 yanvar tarixlərində Strasburqa səfər edəcək.
Azərbaycanın Konstitusiya Məhkəməsinin sədri Strasburqa gedəcək

Fransa, Strasburq, 15 yanvar / Trend , müxbir A.Qasımova/

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Avropa İnsan Hüquqları Məhkəməsinin yeni açılış ili ilə bağlı keçiriləcək ənənəvi tədbirdə iştirak etmək məqsədilə 27-30 yanvar tarixlərində Strasburqa səfər edəcək. Bu barədə cümə günü Trend -a Azərbaycanın AŞ yanında Daimi Nümayəndəliyindən məlumat verilib.

Səfər çərçivəsində Fərhad Abdullayevin AİHM-in sədri Jan-Pol Kosta (Jean-Paul Costa) və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Nümayəndə heyətinin tərkibinə KM-in hakimi Rafael Qvaladze və qurumun beynəlxalq əlaqələr şöbəsinin rəisi Rauf Quliyev daxildir.

Xəbər lenti

Xəbər lenti