...

Naxçıvan MR-in Bənənyar kəndində baş verən insidentin obyektiv araşdırılması üçün DİN-ə müraciət edilib - Azərbaycan ombudsmanı

Cəmiyyət Materials 25 Yanvar 2010 13:17 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasının Bənənyar kəndində baş verən insidentin obyektiv araşdırılması üçün Daxili İşlər Nazirliyinə müraciət edilib.
Naxçıvan MR-in Bənənyar kəndində baş verən insidentin obyektiv araşdırılması üçün DİN-ə müraciət edilib - Azərbaycan ombudsmanı

Azərbaycan, Bakı, 25 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Naxçıvan Muxtar Respublikasının Bənənyar kəndində baş verən insidentin obyektiv araşdırılması üçün Daxili İşlər Nazirliyinə müraciət edilib. Bu barədə Trend -un məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Azərbaycan ombudsmanı Elmira Süleymanova bildirib.

"Bənəniyar hadisələri ilə bağlı rəsmi cavab verildikdən sonra müvafiq tədbirlər görüləcək" - Süleymanova deyib.

Aşura günü, ötən il dekabrın 27-də Bənəniyar kəndində polislə əhali arasında insident baş verib.

Xəbər lenti

Xəbər lenti