...

Azərbaycanın QHT-lərə Dövlət Dəstəyi Şurası 75 layihəni geri qaytaracaq

Cəmiyyət Materials 9 Fevral 2010 11:27 (UTC +04:00)
"2010-cu il maliyyə müsabiqəsinə təqdim olunan layihələrin 75-i müsabiqə şərtlərinə cavab vermədiyi üçün ilkin seleksiyadan keçməyib", - çərşənbə axşamı Trend News-a Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib.
Azərbaycanın QHT-lərə Dövlət Dəstəyi Şurası 75 layihəni geri qaytaracaq

Azərbaycan, Bakı, 09 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın QHT-lərə Dövlət Dəstəyi Şurası 75 layihəni geri qaytaracaq.

"2010-cu il maliyyə müsabiqəsinə təqdim olunan layihələrin 75-i müsabiqə şərtlərinə cavab vermədiyi üçün ilkin seleksiyadan keçməyib", - çərşənbə axşamı Trend -a Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib.

Trend -un arayışı: Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası ötən il dekabrın əvvəllərində 2010-cu il üçün QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib.

Müsabiqəyə ümumilikdə 489 layihə təqdim olunub.

Layihələr 7 əsas istiqamət olmaqla, 22 mövzu üzrə təqdim edilib. İstiqamətlər üzrə ümumilikdə 903 min manat vəsait ayrılıb.

Layihələr 2009-cu il dekabrın 8-dən 2010-cu il yanvarın 15-dək təqdim edilməli idi. Müsabiqənin nəticələri 2010-cu il martın 10-dan sonra elan ediləcək.

Növbəti müsabiqə 2010-cu ilin aprel ayında elan olunacaq. Şura bu il 4 müsabiqə elan etməyi planlaşdırır. Yalnız Şura tərəfindən maliyyələşdirilən müsabiqələrə isə ümumilikdə 2 milyon 63 min manat vəsait ayrılacaq.

Qurbanovun sözlərinə görə, 414 layihə rəy alınması üçün ekspertlərə təqdim olunub.

"Bu proses həftənin sonuna qədər yekunlaşmalıdır", - icraçı direktor əlavə edib.

Onun fikrincə, müsabiqəyə təqdim olunan layihələrin ilkin seleksiyası zamanı bütün mümkün güzəştlər edilib.

"Lakin müsabiqənin elə şərtləri var ki, bununla bağlı heç bir QHT-yə güzəştə getmək mümkün deyil. Əgər biz hər hansı təşkilata güzəştə gedərdiksə, onda müsabiqənin şərtlərini özümüz pozmuş olardıq", - Qurbanov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti