...

BMT XXI Qış Olimpiya Oyunları ərzində bütün dünya xalqlarını düşmənçiliyə son qoymağa çağırır

Cəmiyyət Materials 10 Fevral 2010 16:29 (UTC +04:00)
BMT-nin baş katibi Pan Gi Munun Trend News-a daxil olan müraciətində qeyd olunub ki, Olimpiya Barışığı BMT və Olimpiya Hərəkatının can atdığı və bölüşdüyü qlobal dostluq, harmoniya, qeyri-zorakılıq və qeyri-ayrıseçkilik kimi ideallar üzərində qurulub.
BMT XXI Qış Olimpiya Oyunları ərzində bütün dünya xalqlarını düşmənçiliyə son qoymağa çağırır

Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir K.Zərbalıyeva/

BMT-nin baş katibi XXI Qış Olimpiya Oyunları ərzində bütün dünya xalqlarını düşmənçiliyə son qoymağa çağırır.

BMT-nin baş katibi Pan Gi Munun Trend -a daxil olan müraciətində qeyd olunub ki, Olimpiya Barışığı BMT və Olimpiya Hərəkatının can atdığı və bölüşdüyü qlobal dostluq, harmoniya, qeyri-zorakılıq və qeyri-ayrıseçkilik kimi ideallar üzərində qurulub.

"Olimpiya Barışığı zorakılıq və silahlı münaqişələrin müvəqqəti olsa da fasiləsi deməkdir. Bütün il ərzində Olimpiya Oyunlarında biz insan bədəninin nailiyyətləri və mübarizəli idmanın, həmçinin komanda ruhunun və ədalətin müsbət sosial dəyərləri ilə fəxr edirik. Eyni zamanda, müharibə qırğınları nəticəsində isə biz fəxr etdiyimiz həmin insan bədənlərinə və bölüşdüyümüz bəşəri dəyərlərə zərər vururuq", - müraciətdə vurğulanır.

Baş katib qeyd edir ki, sülh və stabillik insanlara əsl potensialını aşkar etmək üçün çox vacibdir.

"Bu məqsədlə mən BMT Baş Məclisi, Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya Hərəkatının birgə çağırışına qoşularaq bütün dünyada müharibə edən tərəfləri XXI Qış Olimpiya Oyunları ərzində silahlarını yerə qoymağa çağırıram. Gəlin Olimpiya Barışığı ilə başlayaq və hətta oyunlar bitəndən və medallar qazanılandan sonra belə davam edək", - Pan Gi Mun vurğulayıb.

Xəbər lenti

Xəbər lenti