Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir H.Bağırov/
Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan keçmiş hərbi qulluqçuya hökm oxunub.
Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə dövlətə xəyanətdə təqsirli bilinən Azərbaycan Silahlı Qüvvəllərinin sabiq hərbi qulluqçusu Ruslan Adil oğlu Əlixanov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Əlixanov Cinayət Məcəlləsinin dövlətə xəyanət (274) maddəsi ilə ittiham olunub. Ona hərbi sirri Rusiya kəşfiyyatına satma ittihamı verilib.