...

Əsl təcrid mədəniyyətin təcrid olmasıdır - İranın ali rəhbəri

Cəmiyyət Materials 2 Mart 2010 16:35 (UTC +04:00)
İranın ali rəhbəri ayətullah Əli Xamneyi bu gün İranın xarici ölkələrdəki səfirliklərində mədəniyyət atteşeləri ilə görüşüb.
Əsl təcrid mədəniyyətin təcrid olmasıdır - İranın ali rəhbəri

İranın ali rəhbəri ayətullah Əli Xamneyi bu gün İranın xarici ölkələrdəki səfirliklərində mədəniyyət atteşeləri ilə görüşüb. Bu barədə İranın İSNA xəbər agentliyi məlumat yayıb.

Görüşdə ayətullah Xamneyi deyib ki, əsl təcrid mədəniyyətin təcrid olmasıdır. "Əgər mədəniyyət sahəsində düzgün iş aparılarsa, heç bir amil ölkəni təcrid edə bilməz", - ayətullah Xamneyi deyib.

O bildirib ki, hegemon ölkələr öz çirkin məqsədlərinə çatmaq üçün ölkənin mədəniyyətini zəiflətmək istəyirlər.

Xamenei beynəlxalq ictimaiyyətə və dünya xalqlarına İran mədəniyyətinin, İslam Inqilabının həqiqi simasını təbliğ etməyi mədəniyyət attaşelərinin ən vacib vəzifələrindən biri olduğunu deyib.

O əlavə edib ki, İslam İnqilabını düzgün tanıtmaq üçün İslamı düzgün təbliğ etmək lazımdır. "Düşmənlər dünya ictimaiyyətinə liberal İslam təqdim etməyə çalışır, lakin həqiqi İslam bəşəriyyətin maddi və mənəvi ehtiyaclarını, insanlığın dərin və yüksək mənalarını özündə əks etdirir", - ayətullah Xamneyi deyib.

Xəbər lenti

Xəbər lenti