...

Azərbaycanlı idmançıların əsas məqsədi Sinqapurda keçiriləcək gənclər arasında Olimpiya oyunlarına lisenziya almaqdır - nazir

Cəmiyyət Materials 5 Mart 2010 17:16 (UTC +04:00)
Cari ildə Azərbaycanın gənc idmançıları qarşısında duran əsas məqsəd Sinqapurda keçiriləcək gənclər arasında Olimpiya oyunlarına lisenziya almaqdır. Bu barədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda Bədən Tərbiyəsi Günlərinə həsr olunmuş tədbirdə jurnalistlərə deyib.
Azərbaycanlı idmançıların əsas məqsədi Sinqapurda keçiriləcək gənclər arasında Olimpiya oyunlarına lisenziya almaqdır - nazir

Azərbaycan, Bakı, 05 mart / Trend , müxbir M.Əliyev/

Cari ildə Azərbaycanın gənc idmançıları qarşısında duran əsas məqsəd Sinqapurda keçiriləcək gənclər arasında Olimpiya oyunlarına lisenziya almaqdır. Bu barədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda Bədən Tərbiyəsi Günlərinə həsr olunmuş tədbirdə jurnalistlərə deyib.

2010-cu il avqustun 14-dən 26-dək Sinqapurda tarixdə ilk dəfə olaraq gənclər arasında Olimpiya oyunları keçiriləcək.

Nazirin sözlərinə görə, 2010-cu ildə Azərbaycanda keçiriləcək ən mühüm turnir yeniyetmə və gənclər arasında aprelin 2-10-da baç tutacaq qılıncoynatma üzrə Dünya Çempionatı və güləş üzrə Avropa Çempionatı olacaq.

Xəbər lenti

Xəbər lenti