...

Məşhur alman dirijoru Pyer-Dominik Ponelli Azərbaycanda "Traviata" operasına dirijorluq edəcək

Cəmiyyət Materials 17 Mart 2010 15:13 (UTC +04:00)
Məşhur alman dirijoru Pyer-Dominik Ponelli Azərbaycanda "Traviata" operasına dirijorluq edəcək.
Məşhur alman dirijoru Pyer-Dominik Ponelli Azərbaycanda "Traviata" operasına dirijorluq edəcək

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir M.Əliyev/

Məşhur alman dirijoru Pyer-Dominik Ponelli Azərbaycanda "Traviata" operasına dirijorluq edəcək.

Səfər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dəvəti ilə baş tutacaq. Bu barədə teatrın məlumatında deyilir.

"Traviata" operasında Violetta partiyasını ilk dəfə olaraq Azərbaycanın əməkdar aktrisası İnarə Babayeva ifa edəcək. Tamaşada, həmçinin Azərbaycanın xalq artisti Azər Zeynalov (Alfredo partiyası), əməkdar artistlər Əvəz Abdullayev (Jermon), Əli Əsgərov (markiz) və Əkrəm Poladov (həkim) iştirak edəcək.

Pyer-Dominik Ponelli Avropanın ən çox sevilən dirijorlarından biridir. O, 1992-1996-cı illərdə Belarus Milli Filarmoniya Orkestrinin baş dirijoru və bədii rəhbəri işləyib.

Xəbər lenti

Xəbər lenti