...

İsrailin keçmiş müdafiə nazirinin müavini "The Washington Post" qəzetinin redaktoruna dərc edilən yazı ilə bağlı etiraz məktubu göndərib

Cəmiyyət Materials 19 Mart 2010 12:55 (UTC +04:00)
Son vaxtlar bir sıra xarici KİV-də antiazərbaycan təbliğatı güclənib ki, bu da Azərbaycanın diplomatik və iqtisadi uğurlarına qısqanc münasibətlə bağlıdır. Belə nəşrlərə və Azərbaycana qarşı ikili standartların tətbiqinə oxucular laqeyd yanaşmırlar.
İsrailin keçmiş müdafiə nazirinin müavini "The Washington Post" qəzetinin redaktoruna dərc edilən yazı ilə bağlı etiraz məktubu göndərib

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir S.Ağayeva/

Son vaxtlar bir sıra xarici KİV-də antiazərbaycan təbliğatı güclənib ki, bu da Azərbaycanın diplomatik və iqtisadi uğurlarına qısqanc münasibətlə bağlıdır. Belə nəşrlərə və Azərbaycana qarşı ikili standartların tətbiqinə oxucular laqeyd yanaşmırlar.

İsrailin keçmiş müdafiə nazirinin müavini Efreyn Sneh Azərbaycan Prezidenti İlham Əliyevin ailəsi haqqında dərc edilən yazı ilə bağlı Amerikanın "The Washington Post" qəzetinin redaktoruna etiraz məktubu göndərib. Bu barədə Trend -a İsrailin Azərbaycandakı Səfirliyindən məlumat verilib.

"Mən Endryu Hiqinsin Azərbaycan Prezidentinin ailəsi haqqında yazdığı hekayəni oxudum. Fikrimcə, Prezident İlham Əliyevin özü haqqında oxuculara bəzi faktları xatırlatmaq çox düzgün olar", - israilli generalın Amerika qəzeti redaksiyasına məktubunda deyilir.

Məktubda deyilir ki, Azərbaycan keçmiş Sovet İttifaqı respublikaları arasında Birləşmiş Ştatların ən mühüm və ən çox güvənilən müttəfiqidir. "Sizin hekayədə qeyd olunduğu kimi, Prezident Əliyev ABŞ-ın İraq və Əfqanıstanda apardığı əməliyyatlara geniş şəkildə kömək edir. Döyüşmək üçün göndərilən Azərbaycan hərbi qüvvələrindən əlavə, bu dəstək bir çox başqa yollarla həyata keçirilir. Azərbaycan Prezidenti təklikdə, xarici dəstək olmadan Cənub qonşusu aqressiv İrana qarşı durur. O, terrorizmə qarşı yorulmadan mübarizə aparır. Çoxları həyatlarını ona borcludurlar", - general Efreyn Snehin məktubunda bildirilir.

Bundan əlavə, israilli generalın fikrincə, Prezident Əliyev planlaşdırılan "Nabucco" qaz və BTC neft kəməri layihələrində əməkdaşlığı ilə Avropanın enerji təhlükəsizliyinə sadiqdir.

"Baxmayaraq ki, Azərbaycan ərazisinin beşdəbir hissəsi Ermənistan tərəfindən işğal olunub və 1 milyon vətəndaş qaçqın düşüb, o, hərbi üstünlüyündən istifadə etməyərək - danışıqlar yolu ilə problemi həll etməyə davam edir. Sizin hekayənin Azərbaycanın bütün müxalifət qəzetlərinə köçürülməsi faktı sizin "artan avtoritar rejim" ifadəsinə tərəddüd yaradır", - general Efreyn Sneh hesab edir.

Xəbər lenti

Xəbər lenti