...

Azərbaycanda hərbi qulluqçulara hökm oxunub

Cəmiyyət Materials 30 Mart 2010 13:30 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçuları - kiçik çavuşlar - David Hacıyev və Azər Şamilovun, əsgərlər - Umuxan Allahverdiyev, Pərvin Höccətov və Radik Qüdrətovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir H.Bağırov/

Azərbaycanda əsgərlərdən pul tələb etməkdə ittiham olunan hərbi qulluqçulara hökm oxunub.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi MəhkəməMüdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçuları - kiçik çavuşlar - David Hacıyev və Azər Şamilovun, əsgərlər - Umuxan Allahverdiyev, Pərvin Höccətov və Radik Qüdrətovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Məhkəmənin hökmü ilə Höccətov və Şamilovun hər biri 1 il 6 ay, Allahverdiyev 1 il 3 ay, Hacıyev 1 il müddətinə azadlıqdan məhrum edilib, Qüdrətova isə 1 il şərti cəza verilib.

Adıçəkilən şəxslər Cinayət Məcəlləsinin hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi döyməsi və ya ona işgəncə verməsi (331.3), rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə etməsi, hakimiyyət həddini və ya qulluq səlahiyyətini aşması, hakimiyyətdən qəsdən istifadə etməməsi (341.1), tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını təkrar pozma (332.2.1), bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən nizamnamə qaydalarını pozma (332.2.3), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə (182.2.1), hədə-qorxu ilə təkrar tələb etmə (182.2.2), külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə (182.2.3) maddələri ilə ittiham olunurlar.

Təqsirləndirilən şəxslər Müdafiə Nazirliyinin Bakı Qarnizonunda yerləşən hərbi hissəsində xidmətdə olarkən, məzuniyyətdən qayıdan əsgərlərdən pul tələb ediblər.

Bundan başqa, onlar hərbi hissənin daha bir neçə əsgərindən pul və danışıq kartları tələb edib, onların tələblərinin əleyhinə çıxan əsgərləri isə döyüblər.

Xəbər lenti

Xəbər lenti