...

Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırım faktları Litva dilində çap edilir

Cəmiyyət Materials 30 Mart 2010 17:29 (UTC +04:00)
Litva Milli İcmalar Şurasının sədri Mahir Həmzəyevin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitunun hazırladığı “Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX - XXI əsrlər)” müxtəsər xronoloji ensiklopediyasından Litva dilinə tərcümə olunmuş hissələr və soyqırım faktlarını illüstrasiya edən görüntülər Litvanın populyar www.slaptai.lt saytına yerləşdirilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında deyilir.
Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırım faktları Litva dilində çap edilir

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir M.Əliyev/

Litva Milli İcmalar Şurasının sədri Mahir Həmzəyevin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun hazırladığı "Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX - XXI əsrlər)" müxtəsər xronoloji ensiklopediyasından Litva dilinə tərcümə olunmuş hissələr və soyqırım faktlarını illüstrasiya edən görüntülər Litvanın populyar www.slaptai.lt http://www.slaptai.lt/azerbaidzanas/3016-ketinimu-nuzudyti-zurnaliste-itariami-armenu-teroristines-organizacijos-atstovai.html saytında yerləşdirilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında deyilir.

Bu məqalədə əsasən keçən əsrin 90-cı illərində ermənilərin azərbaycanlılara qarşı apardığı etnik təmizləmə, terror və kütləvi qırğın faktları təqdim olunub. Həmin materiallar və görüntülər həmçinin Kaunas şəhərində litvaca nəşr edilən, əsasən xristian mədəniyyəti və din dəyərlərini yayımlayan "XXI amžius" ("XXI əsr") adlı qəzetin aprelin 2-də çıxacaq sayında da dərc olunacaq.

Ensiklopediyadan parçaları litva dilinə naşir və jurnalist Gintaras Visotskas və Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev tərcümə edirlər.

Növbəti tərcümələr ilk Azərbaycan Xalq Cümhuriyyətinin daşnaq qüvvələrinin bilavasitə iştirakı ilə bolşevik Rusiyası tərəfindən zəbt və süqut edilməsinin 90-cı ildönümü günündə - 28 aprel 2010-cu ildə işıq üzü görəcək.

Xəbər lenti

Xəbər lenti